Xəbər lenti

"Avropa klubları üçün yenə çox çətin rəqib olacağıq" - Tahir Gözəl
İdman05:47 17.04.2017

"Avropa klubları üçün yenə çox çətin rəqib olacağıq" - Tahir Gözəl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “İnter” – “Qarabağ” (0:3) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, rəhbəri olduğu Ağdam klubunun 4-cü çempionluğunu dəyərləndirib.

- “Qarabağ” ardıcıl 4-cü dəfə çempion olaraq, ilkə imza atdı...

- Təbii ki, çox sevincliyik. “Qəbələ”nin Gəncədəki sürpriz yenilgisi çempionluğun vaxtından əvvəl rəsmiləşməsinə şərait yaratdı. Öz növbəmizdə biz də möhtəşəm qələbə ilə çempionluğu təmin etdik. Bütün “Qarabağ”sevərləri, Azərbaycan sevərləri, hər kəsi təbrik edirəm. Oyun da əla alındı. Elə hesab da hər şeyi deyir.

- 4-cü cəhddə ÇL-in qrupuna düşmək mümkün olacaq?

- Bunu bacarmaq üçün bütün imkanlarımızdan yararlanacağıq. Qurban hoca da əlindən gələni əsirgəməyəcək. Avropa klubları üçün yenə çox çətin rəqib olacağıq. Səviyyəli oyunçularla güclənmək istəyirik.

- Bu dəfə çempionluq əvvəlkilərdən çətin alındı…


- Tamamilə razıyam. “Qəbələ” möhtəşəm rəqib idi. Bu kimi komandalarla rəqabət aparmaq “Qarabağ”ın oyununun inkişafı baxımından çox faydalıdı. Rəqabət iki yox, bir neçə komanda arasında getsə, yaxşı olar. Arzumuz budur ki, növbəti mövsüm daha çox rəqiblə mübarizə aparaq.

- “Qarabağ”da bir ara aşağı yaş qruplarından oyunçular çıxırdı. Rauf, Əfran, Qara... Sanki artıq bu proses dayanıb. Bu məsələyə daha çox diqqət yetirmək fikriniz varmı?

- Deməzdim ki, tamam dayanıb. Bizim aşağı yaşlıların arasında çox istedadlı oyunçular var. Qurban müəllim çox diqqətlə izləyir onları. Ancaq siz də bilirsiz ki, aşağıdan futbolçu çıxartmaq almaz seçmək kimidi. Bir və ya iki oyunçu əsas heyətə kimi yüksələ bilir. Bu, bütün dünyada belədi.

- Bundan əvvəlki 3 mövsümdə “Qarabağ”ın ÇL qrupuna düşməməsinin səbəblərindən biri də transferlərin gecikməsi idi. Bu il belə problem olmayacaq ki?

- Xeyr. Sponsorumuz böyük fədakarlıqla bütün xərcləri qarşılamağa hazırdı. Bizim büdcəmiz stabildi və bunu Qurban hoca da bilir. Qalıb onun öz üslubuna uyğun oyunçular seçməsi.

- “Qarabağ” klub olaraq dövlətdən maddi yardım alıbmı?

- Bu günə qədər olmayıb. Büdcəmiz kifayət qədərdi. Yəni bizə bəs edir. Onsuz da biz Avropada heç vaxt pul hesabına kimləsə rəqabət edə bilmərik.

- Kubokun finalı ilə bağlı nə düşünürsüz?

- Matç Naxçıvanda keçiriləcək. Yeni məkandı, yeni azarkeşlər olacaq. Orda futbola böyük maraq göstərirlər. “Qəbələ” bizim üçün həmişə çətin rəqib olub. Bizə qarşı çox böyük motivasiya ilə çıxacaqlar.

Qaynar.Az