Xəbər lenti

"Azərbaycana getməyin"
Siyasət08:21 10.07.2013

"Azərbaycana getməyin"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Buna səbəb isə terror təhlükəsidir

Estoniya Xarici İşlər  Nazirliyi mümkün terror ehtimalına görə vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı xəbərdarlıq edib. “Qafqazinfo” xəbər verir ki, Estoniya XİN-i vətəndaşlarına ilk növbədə xəbərdarlıq edib ki, Azərbaycanla Ermənistan sərhədində atışma ehtimalını nəzərə alaraq  Dağlıq Qarabağa səfər etməkdən çəkinsinlər. Nazirlik bildirib ki, bu ərazidə aviarabitədən istifadə də təhlükəli ola bilər.

Qeyd edək ki, Estoniyanın Azərbaycanda nə səfirliyi, nə də fəxri konsulluğu var. Konsul yardımının alınması üçün Latviyanın Bakıdakı səfirliyinə və ya Avropa İttifaqı ölkələrindən birinin nümayəndəliyinə müraciət etmək lazımdır.

Qaynar.info