Ermənistan Azərbaycanın işğal etdiyi bir rayonunu azad etsəydi, Türkiyə bu ölkə ilə sərhədi aça bilərdi. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkədə yaşayan dini azlıqların təmsilçiləri ilə görüşündə deyib.
Trend-in məlumatına görə, Baş nazir qeyd edib ki, Yerevan-Ankara münasibətləri Türkiyədə yaşayan ermənilərə təsir etməməlidir.
Onun sözlərinə görə, Çanaqqala zəfərinin qeyd olunmasının 24 aprel tarixinə salınması heç bir siyasi anlam daşımır.
Qaynar.info