Xəbər lenti

"Azəryolservis"dən sürücülərə xəbərdarlıq
Ölkə09:13 22.04.2015

"Azəryolservis"dən sürücülərə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda daha bir yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. 
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli anspress-ə verdiyi məlumata görə, Həsən Əliyev küşəsində hərəkət qismən məhdudlaşdırılacaq.
"Tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bununla əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq", - deyə Anar Nəcəfli bildirib.
Qurum rəsmisi sürücülərə göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunduğunu bildirib.
Qaynar.info