Xəbər lenti

"Barselona" Xavini kiminlə əvəzləyəcək?
İdman14:11 22.05.2015

"Barselona" Xavini kiminlə əvəzləyəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" Aaron Ramseyi transfer etmək istəyir. Fanat.az xəbər verir ki, Kataloniya klubu bu transfer üçün "Arsenal"a 50 milyon funt-sterlinq ödəməyə hazırdı.
Məlumata görə, "Barselona"nın skautları bu mövsüm Ramseyin oyununu 10 dəfə stadiondan izləyib. Onlar sonuncu dəfə futbolçunu Federasiya Kubokunun oyununda izləmək niyyətindədi.
"Barselona" bu transferlə Qətərə yollanan Xavi Hernandesin yerini doldurmaq istəyir. Maraqlıdı ki, FIFA Kataloniya klubuna transfer qadağı qoyub. Belə olan halda "Barselona"nın Ramseyi hansı yolla heyətinə qatacağı məlum deyil.