Xəbər lenti

"Beynəlxalq Hərb və Sülh İnstitutu"ndan Yadigar Sadıqova dəstək
Siyasət13:15 23.01.2014

"Beynəlxalq Hərb və Sülh İnstitutu"ndan Yadigar Sadıqova dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Beynəlxalq Hərb və Sülh Hesabatları İnstitutu” yanvar ayının 17-də Müsavat başqanının müşaviri Yadigar Sadıqovla bağlı açıqlama yayıb. 

Qaynar.info-nun institutun rəsmi saytına istinadən məlumatına görə, "Azərbaycanda müxalif siyasi fəal həbs edildi" başlıqlı açıqlamada bildirilir ki, Azərbaycanda məhkəməsi Yadigar Sadıqovu 6 il həbs cəzasına məhkum edib.

“Bizim Yol” qəzetinin müxbiri Aytən Fərhadovanın araşdırma yazısına istinad edən beynəlxalq təşkilatın yaydığı məlumatda o da bildirilir ki, 13 yanvarda hökmü oxunan Yadigar Sadıqov keçən il iyunda Lənkəran şəhərində evində həbs edilib. O, iddiaçı Rəşid Kərimovun polisə şikayəti əsasında saxlanılıb. Belə ki, Rəşid Kərimov polisə şikayətində Yadigar Sadıqovun onu Lənkərandakı kafelərin birində döydüyünü iddia edib. 

Daha sonra vurğulanır ki, Yadigar Sadıqov bir neçə il öncə siyasi fəaliyyətinə görə çalışdığı Lənkəran Dövlət Universitetindən də xaric edilib. Açıqlamada qeyd olunur ki, onu işdən çıxarmaq üçün əvvəlki cəhdlər tələbələrinin onu dəstəkləməsi ilə müvəffəqiyyətsizliyə uğrayıb. Amma bir neçə ildən sonra o, təzyiqlərə məruz qalaraq universitetdən uzaqlaşdırılıb.  

Həmçinin təşkilatın saytında əksini tapmış açıqlamada bildirlir ki, Y. Sadıqov Müsavat başqanı İsa Qəmbərin yardımçısı olub, www.civil-forum.az və müxalifət saytı olan www.minval.az  saytında məqalələrlə çıxış edib. O həmçinin “Feysbuk” sosial şəbəkəsində 200 000-dən çox üzvü olan İS TE FA səhifəsi bağlanan qədər o səhifənin administratoru olub.

Yazıda qeyd olunur ki, İsa Qəmbər yardımçısının həbsindən bir az sonra belə deyib: “Yadigar real həyatda da sosial mediada da çox aktiv idi. Görünür, onun real və sosial media fəaliyyəti höküməti həyəcanlandırıb”.

Y. Sadıqovun vəkili Xalid Bağırov məhkəmədə böyük haqsızlıq olduğunu və onlar məhkəmə hökmündən apellyasiya verəcəklərini bildirib: “Tədqiqat ərzində Sadıqova şahidlik etmiş adamlar var idi. Onlar elə yerlərin adlarını çəkirdilər ki, heç Sadıqov o yerlərə yuxusunda da getməyib. Guya Sadıqovun əlili döyməsi lentə alınmışdı, səs yazıları da vardı, daha sonra video və səs yazısı qeybə çəkildi. Əvvəlcə adıçəkilən maddi dəlillər sonradan istintaqa verilmədi”.

Beynəlxalq Amnistiya və başqa insan hüquqları qrupları bildirib ki, Əliyev höküməti son illər daha radikallaşıb. Beynəlxalq Amnistiya oktyabrda yayımladığı məlumatda Azərbaycandan daha 14 nəfərin adını “vicdan dustağı” siyahısına daxil edib.

Qaynar.info