
Toyların azlığını səbəb göstərərək bir neçə yerli məşhur müxtəlif biznes sahələrinə müraciət etdi. Onların bəzisi öz biznesində uğur qazansa da, bir çoxu ziyana gedib.
Qaynarinfo.az xəbər verir ki, biznesə qoyduğu pulu götürə bilməyən, hətta ziyana düşən məşhurlardan biri Faytonçu Nazimdir. Nazim bu günə qədər dəfələrlə yeni biznes yaratmaq istəsə də, bu arzusuna nail ola bilmədiyini açıqlayıb:
“Bir neçə il öncə biznesə qatılmaq istəmişdim. O vaxt pulum ziyana getdi. Bu dəfə də yeni biznesi istədim, yenə də heç bir xeyri olmadı. Görünür, biznes açmaq mənə qismət deyilmiş. Çünki toyların az olduğu vaxtda, çox yaxşı olardı ki, kənardan da pul qazana bilim. Bu dəfəki ziyanım isə məni demək olar ki, müflisləşdirdi. Daha bundan sonra bizneslə məşğul olmaq niyyətim yoxdur. Anladım ki, hər kəs bizneslə məşğul ola bilməz.”
Qaynarinfo.az