Xəbər lenti

"Bloomberg"də dollar yenidən qalxdı
Ekonomiks07:11 09.03.2017

"Bloomberg"də dollar yenidən qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bloomberg” terminalında dollar günə bahalaşma ilə başlayıb. 

"Qaynar" fins.az-a istinadla xəbər verir ki, mart ayının 9-da “Bloomberg” üzərində dollar 1.7831 manata kimi yüksəlib. Bu isə əvvəlki günlə müqayisədə dolların 0,17 % bahalaşması deməkdir. Qeyd edək ki, bundan əvvəl dollar günü 1.7800 manat kursu ilə yekunlaşdırmışdı. 

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir. 

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış/satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Qaynar.Az