
"Regionların gəlirləri ölkənin sosial müdafiəsinin maliyyələşdirilməsi üçün xərclərin cəmi 30%-ni qarşılayardı".
Qaynarinfo.Az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev regionların inkişafı ilə bağlı ilk proqramın qəbulundan keçən 13 ilin real və gözlə görünən nəticələrini izah edərkən deyib.
Rövşən Ağayevin sözlərinə görə, 2017-ci ildə ölkənin 65 rayon və şəhərində dövlət büdcəsinə toplanacaq bütün vergi daxilolmalarının məbləği o qədər kiçikdir (642 milyon manat) ki, bu vəsait təkbaşına ölkənin heç bir problemini həll etməyə yetmir:"Məsələn əyalətlərin hazırkı vergi potensialı hesabına gələn il ölkənin səhiyyə xərclərinin 83%-ni maliyyələşdirmək olar. Bu gəlirlər ölkənin təhsil sisteminin maliyyələşdirilməsinə yönəldilsə idi, cəmi 34%-i təhsil xərclərini qarşılayardı.
Ekspert bildirib ki, bir daha müqayisədəki rəqəmlərə yetirmək lazımdır:"Bakı istisna olmaqla yerdə qalan bütün rayon mərkəzlərinin (60-a yaxın), kəndələrin (işğal olunmuş kəndləri saymasaq 3500-ə yaxın), administrativ baxımdan müstəqil şəhərlərin (5) vergiləri hesabına ölkənin dövlət büdcəsinin pensiya xərclərinin yarısını belə ödəmək mümkünsüzdür...Məlumat üçün deyim ki, pensiyaların ödənməsi üçün dövlət büdcəsindən Sosial Müdafiə Fonduna 1.3 milyard manata yaxın transfer edilir".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az