Xəbər lenti

"CBC Sport" 2 şərhçisi və 1 STS-ini göndərdi - Maddi problemlər üzündən
İdman09:43 17.12.2016

"CBC Sport" 2 şərhçisi və 1 STS-ini göndərdi - Maddi problemlər üzündən

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən ildən Azərbaycan teleməkanında fəaliyyət göstərən "CBC Sport" (Caspian International Broadcasting Company Sport) 2 şərhçisi ilə yollarını ayırıb.

Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, bunlar "Xəzər TV"dən tanıdığımız Ceyhun Rzayev və Abdulrəhman Mollaçiyevdir. Hər 2 şərhçi telekanalda yaranan maddi problemlərə görə ixtisara düşüb.

Ceyhun Rzayev "CBC Sport"la yanaşı, "Xəzər TV"də işlədiyindən, işsiz qalmayacaq. Mollaçiyevin durumu isə fərqlidir. O, saytımıza bu barədə bunları deyib: "Mənim 1-2 təklifim var. Ancaq bu, idmanla bağlı deyil. Alınsa, tamamilə başqa sahədə çalışmağa başlayacağam. Bildiyiniz kimi, əvvəl mənim bələdiyyə - özünüidarəetmə sahəsində iş təcrübəm var. Böyük ehtimalla, karyeramı bu sahədə davam etdirəcəyəm".

Qeyd edək ki, "CBC Sport" maddi durumlar üzündən Türkiyənin "Saran Holdinq" şirkətindən icarəyə götürdüyü STS-lərdən (stadiondan canlı yayım təşkil etmək üçün qurğu) birini qaytarmalı olub. Bundan əlavə, texniki departamentdə də 25 nəfərə yaxın ixtisarlar baş verib.

Qaynarinfo.Az