Xəbər lenti

"Coca-cola" içkiləri bahalaşdı - Azərbaycanda
Ekonomiks13:16 24.01.2015

"Coca-cola" içkiləri bahalaşdı - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gündən etibarən sərinləşdirici içkilərin bahalaşması qərarı qüvvəyə minib. Axar.az xəbər verir ki, Avropa Yay Oyunlarının reklamçısı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC itkilərini kompensasiya etmək üçün qərarını dəyişmədi. 
Şirkətin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiyməti yanvarın 24-dən etibarən 10-20 qəpik bahalaşıb. 
Benzinin qiyməti ilə eyni gündə bahalaşan "Coca-cola" məhsullarının qiymətininin düşəcəyi gözləntiləri özünü doğrultmadı.
Artıq mağazalarda bu içkilər aşağıdakı şəkildə bahalaşıb: 
- 0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisi 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisi 60 qəpikdən 70 qəpiyə
- 0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisi 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə 
- 0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisi 20 qəpikdən 25 qəpiyə
- 2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisi 50 qəpikdən 60 qəpiyə
- 5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisi 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırıldı.
Qaynar.info