Hilari Klinton ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlsə, Üçüncü dünya müharibəsi başlaya bilər.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd oDonald Tramp bunu Klintonun yürüdəcəyi Suriya siyasəti ilə əlaqələndirib. Trampın sözlərinə görə, prezidentliyə namizədliyini irəli sürən Klinton, bu vaxtadək "qara yaxdığı" rusiya prezidenti Vladimir Putinlə ortaq məxrəc tapa bilməyəcək.
Klintonun yürüdəcəyi Suriya siyasəti nüvə silahına sahib olan Rusiya ilə ABŞ arasında potensial müharibəyə səbəb olacaq. Bu isə Üçüncü dünya müharibəsinin başlaması deməkdir. (atv.az)
Qaynarinfo.Az