Xəbər lenti

"D18 Hərəkatı həftəsi" elan olundu
Ölkə17:51 23.06.2013

"D18 Hərəkatı həftəsi" elan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün D18 Hərəkatı İdarə Heyətinin növbəti toplantısı keçirilib.  

Hərəkatın sözçüsü Zaur Mirzənin Qaynar.info-ya verdiyi məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Siyasi fəaliyyətinə görə həbs olunmuş şəxslər barəsində həbsdə saxlanma müddətinin artırılması pislənilib. 

Bundan başqa, qarşıdan gələn prezident seçkiləri fonunda siyasi aktivliyin arzuolunan səviyyədə olmaması qeyd olunub. Bildirilib ki, seçki qanunvericiliyin təkmilləşdrilməsi istiqamətində addımların atılması vacibdir.

Daha sonra İH yeni üzvlərlə bağlı məsələni müzakirə edib. Tanınmış vəkillər Yalçın İmanov və Elçin Namazovun hərəkata üzvlüyü təsdiqlənib. 

Zaur Mirzənin verdiyi məlumatda həmçinin qeyd olunur ki, 23 iyun-1 iyul aralığı "D18 Hərəkatı həftəsi" elan edilib. Bu müddət ərzində hərəkatın təbliği və genişləndirilməsinə dair tədbirlər planı təsdiqlənib.

Məlumat üçün bildirək ki, D18 Hərəkatı bu ilin mart ayında yaradılmışdır. Hərəkat 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Cumhuriyyəti ənənələrinin bərpası, parlament respublikasına keçid və ümumiyyətlə Məmməd Əmin Rəsulzadə ideyalarının həyata keçirilməsi məqsədilə yaradılmışdır. Hazırda hərəkatın 200-ə yaxın üzvü, 2 rayon təşkilatı və Türkiyə və Ukraynada nümayəndəlikləri vardır.

Qaynar.info