
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qaynarinfo.Az-a deyib ki, bu məlumatı dərman pereparatlarının qiymətlərinin artacağı kimi şərh etmək olar:
"Azərbaycanda dərman pereparatlarının qitmətlərinin tənzimlənməsi ilə bağlı ölkə prezidentinin çox əhəmiyyətli tapşırığı oldu. Biz bu tapşırığı dəstəkləyir və onun lobbiçiliyini aparırıq. Lakin hökumət bu tapşırığı effektli yerinə yetirə bilmədi. Götürdülər Türkiyə təcrübəsini köçürdülər Azərbaycana. Nəzərə almadılar ki, Türkiyə belə siyasət yeridib bu sahədə: dərman istehsalçılarını çağırıb ölkəsinə, ölkədə o istehsalı yaradıb və dərman istehsalçıları, böyük firmalar bundan sonra qiymətlə bağlı ortaq rentabelli bir nəticəyə gəliblər. Azərbaycanda isə yerli istehsal gücləndirilmədən idxal olunan dərmanlara bunu tətbiq elədilər".

Eyyub Hüseynov bildirib ki, bu siyasət dərman pereparatları ilə bağlı yaranmış problemi həll etmədi: "Böyük narazılıqlar var. Bir çox dərmanlar var ki, tənzimlənmədən əvvəl qiyməti indiki qiymətdən 20 faiz ucuz olub. Və ya elə dərmanlar var ki, yoxa çıxıb, tapılmır. Bizim təşkilat bu işdə çox fəal iştirak etmək istəyirdi. Lakin hökumət orqanları ictimaiyyətlə heç bir məsləhətləşmə aparmaq istəmir. Özlərini ən ağıllı hesab edirlər və anormal qərarlar qəbul edirlər. Məgər onlar bilmirdilər ki, dolların kursu dəyişəcək, belə ziqzaqlar olacaq? Bu çox aydın, elementar məsələlərdir”.
Eyyub Hüseynov hesab edir ki, dərmanların qiyməti yenə də qalxacaq: "Çünki əks təqdirdə ciddi dərman qıtlığı yaranacaq, alverçilər işə düşəcək, qaçaqmalçılıq yaranacaq".Qızılgül
Qaynarinfo.Az