Xəbər lenti

"Dərnəgül bazarı" yenə yandı
Ölkə06:50 09.03.2015

"Dərnəgül bazarı" yenə yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər Nərimanov rayonunda yanğın hadisəsi baş verib. Virtualaz.org saytı xəbər verir ki, yanğın "Dərnəgül bazarı"nda baş verib. Yanğın tikinti materiallarının satıldığı mağazada baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilir ki, yanğın zamanı ümumi sahəsi 140 kv. m. olan tikinti materiallarının satışı mağazasının lambirdən ibarət tavanı 80 kv.m və dam örtüyü 16 kv. m. sahədə (ümumi 96 kv.m ) yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:20-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, "Dərnəgül bazarı"nda bundan əvvəl də bir neçə dəfə yanğın hadisəsi baş verib.
Qaynar.info