Xəbər lenti

"Dini şüarların səsləndirilməsinin qadağan olunmasını təqdir etmirəm" - İlahiyyatçı
Ölkə12:57 08.09.2016

"Dini şüarların səsləndirilməsinin qadağan olunmasını təqdir etmirəm" - İlahiyyatçı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İctimai yerlərdə dini şüarların səsləndirilməsinin qadağan olunmasını təqdir etmirəm”.

Bu fikirləri ilahiyyatçı Emil Rahiloğlu Qaynarinfo.Az-a Milli Məclisdə müzakirəyə çıxarılacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini şərh edərkən deyib.

Emil Rahiloğlunun sözlərinə görə, ölkəmizin tolerant, multukultur və demokratik olması, habelə konstitusiyamızda vətəndaşların söz azadlığı baxımından belə bir qanunun qəbul olunmasını düzgün hesab etmirəm:"Bunu vətəndaşların hüquqlarının məhdudlaşdırılması kimi başa düşürəm. Məgər istinad etdiyimiz və nümunə kimi göstərdiyimiz Avropa ölkələrində və sair dövlətlərdə belə qanun var? Qonşu xristian ölkəsində xristianlara, yəhudilərə və müsəlmanlara qarşı belə bir qadağa varmı?

Digər tərəfdən, ölkəmizin əhalisinə diqqət etsək, 80 faizi müsəlmanlardır. Hamıya məlumdur ki, ölkəmizdə yaşayan xristian, yəhudi, buddist, krişnaist, satanist və sair səmavi və qeyri-səmavi dinlərə aid olan məzhəblərin heç biri küçədə şuar səsləndirmir və qapısından bayraq asmırlar. Amma yalnız əhli-Beyt (ə) tərəfdarları hər il məhərrəmlik ayında iki ay Kərbəlada şəhid olanların ehtiramına qapılarından qara bayraqlar asırlar”.

Emil Rahiloğlu bildirib ki, buna baxmayaraq, əgər belə bir qanun qəbul edilərsə, bu, islam dinini daşıyıcıları üçün problem olmamalıdər:"Dinimiz fundamental, bəşəriyyətin xilasına xidmət edən ilahi vəhyə əsaslanan qanunlar toplusudur. İslam dini ədalətə səsləyən, insanlıq naminə yaşama dəvət edən bir dindir. İslam dini səadətdir. Biz bu səadəti küçədə şüar demədən və bayraq asmadan yaşamaqla yaşatmalı və dünyaya nümunə olmalıyıq".

Qeyd edək ki, Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə təklif olunan maddəyə görə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunur. Bu qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2 000 manatdan 2 500 manata qədər, vəzifəli şəxslər 8 000 manatdan 9 000 manata qədər, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manata qədər cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 000 manatdan 2 500 manat cərimə edilməklə, Azərbaycan ərazisindən inzibati qaydada çıxarılacaqlar.

Qızılgül

Qaynarinfo.Az