Xəbər lenti

"Ermənistan rəhbərliyi başını itirib" - ŞƏRH
Siyasət12:37 29.04.2016

"Ermənistan rəhbərliyi başını itirib" - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənilərə bir dəfə də güclü zərbə endiriləndən sonra daha realist danışacaqlar". 
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Ərəstun Oruclu son günlər Qarabağ münaqişəsi ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın verdiyi bəyanatlara münasibət bildirərkən deyib.
Ərəstun Oruclu bildirib ki, Ermənistanın ardıcıl bəyənatları ölkə rəhbərliyinin özünü itirməsinin nəticəsidir: "Sarkisyanın əvvəlcə danışıqlar prosesindən çıxmaqla bağlı bəyənatı, sonradan 3 bəndən ibarət şərtləri onu göstərir ki, başlarını itiriblər. Faktiki olaraq Ermənistanda düşdükləri vəziyyətlə bağlı gərginlik hökm sürür. Təbii ki, onlar "torpaq qaytarmalıyıq" deməyəcəklər. Ermənistanın məqsədi Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməkdir. Qarabağ münaqişəsi yeganə haldır ki, ermənilər istəklərinə tam olaraq nail ola bilməyiblər. Torpaq işğal etsələr də, onu özününküləşdirə bilmiyiblər. Bunu illərin öhdəsinə buraxmışdılar. Bu illər ərzində də Azərbaycan hərbi cəhətdən gücləndi. Artıq sərbəst şəkildə hərbi əməliyyatlar apara bilər".
Politoloqun sözlərinə görə, ermənilər indi bütün vasitələrdən istifadə edirlər ki, özlərini güclü göstərsinlər: "Düşünürəm ki, ermənilərə bir dəfə də güclü zərbə endiriləndən sonra, daha realist danışacaqlar".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az