Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Cenevrədə keçirilən 2-ci Suriya konfransında bu ölkədə baş verən vəhşiliklərdən danışıb.
Qaynar.info xəbər verir ki, Davudoğlu bu vəhşiliklərdən məsuliyyət daşıyan Bəşər Əsəd və rejimin cəzalandırılmasının vacib olduğunu deyib.
Onun sözlərinə görə, Əsəd və onun komandası hakimiyyətdə qalmamalıdır: "Bu günə qədər dünya minlərlə insanın ölümünə səssiz qalıb. Rejim məzhəb davalarını gərginləşdirib. Milyonlarla suriyalı ev-eşiklərindən oldu. daha nə qədər insanın ölməyi lazımdır ki? Cenevrə konfransə bir fürsətdir. Bundan sonra itirilən hər bir insan zülmdür. Bu rejim özünü bitirib. Suriyanın ərazi bütövlüyü qorunmalıdır".
Qaynar.info