Xəbər lenti

"Çətin vəziyyətdə qol vururuq, asan vəziyyətdə yox" - Robert Prosineçki
İdman20:00 04.09.2016

"Çətin vəziyyətdə qol vururuq, asan vəziyyətdə yox" - Robert Prosineçki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

San Marino – Azərbaycan oyunundan sonra komandaların baş məşqçilərinin iştirakı ilə mətbuat konfransları keçirilib.

Qaynarinfo.Az orda səslənən ümumi fikirləri diqqətinizə çatdırır:

Pyer Ancelo Mandzaroli (San Marino millisinin baş məşqçisi): "Daha yaxşı oyun gözləyirdik. Azərbaycan millisi layiqli qələbə qazandı. Biz də pis oynamadıq. Amma fiziki hazırlığımız yetərli səviyyədə deyil. İkinci hissəyə bir qədər yaxşı başladıq. Amma qırmızı vərəqə bizi çətin vəziyyətə saldı. Bu səbəbdən də seçmə mərhələyə uğurlu nəticə ilə başlaya bilmədik”.

Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Rəqibdən üstün idik. Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüf ki, qol imkanlarından kifayət qədər istifadə edə bilmədik. Çətin vəziyyətdə Ruslan Qurbanov qol vurdu, amma asan epizodlarda nəticə hasil olmadı. Bunun üzərində işləyəcəyik. Əsas odur ki, qələbə qazandıq və seçmə mərhələyə 3 xalla başladıq. Diqqəti artıq qarşıdakı çətin oyuna yönəltmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün 1:0 qalib gəlməklə seçmə mərhələyə ilk dəfə qalib kimi başlayıb.

Qaynarinfo.Az