Xəbər lenti

"Eurovision 2016"nın favoritləri - İLK ONLUQ
Maqazin09:08 08.05.2016

"Eurovision 2016"nın favoritləri - İLK ONLUQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Eurovision 2016"-nın  qalibi ola biləcək 10 ölkənin  adı açıqlanıb.
Anspress-in məlumatına görə, "bukmeyker"lərin hesablamalarına görə, qələbəyə əsas namizəd "You Are the Only One" mahnısını ilə rusiyalı ifaçı Sergey Lazarevdir. Onluğa daxil olan digər ölkələr isə aşağıdakı kimidir:
1. Rusiya- Sergey Lazarev - "You Are the Only One" mahnısı ilə
2. Fransa- Əmir Хaddad - "J`ai cherche " mahnısı ilə
3. Ukrayna- Susanna Camaladinova- "1944" mahnısı ilə
4. Avstraliya- Demi İn - "Sound of Silence" mahnısı ilə
5. İsveç- Frans Yeppsson Vall - "If I Were Sorry" mahnısı ilə
6. Malta- İrı Losko - "Walk on Water" mahnısı ilə
7. Ermənistan - İveta Мuкuçyan- "Love Wave" mahnısı ilə
8. İtaliya- Françeska Мikеlin - "No Degree of Separation" mahnısı ilə
9. Serbiya -Sanya Vuçiç ZAA qrupu ilə birlikdə "Goodbye" mahnısı ilə
10.  Bolqarıstan- Poli Genova- "If Love Was a Crime" mahnısı ilə ölkəsini təmsil edəcək.
Azərbaycanı təmsil edəcək Səmra Rəhimlinin adı isə favoritlər arasında yoxdur.
 “Eurovision” musiqi yarışmasının  favoritlərindən hesab olunan rusiyalı Sergey Lazarevin bir neçə gün əvvəl Azərbaycan təmsilçisi Səmra Rəhimli ilə səmimi fotoları yayılıb. Hər iki ölkə təmsilçisinin İsveçin paytaxtı Stokholmda görüşü "meet & greet" - müsabiqə iştirakçıları ənənəvi dostluq görüşləri çərçivəsində baş tutub. Rusiyanı “Eurovision” musiqi yarışında təmsil edən 33 yaşlı müğənni Stokholmda parklardan birində görüşərək gəzintiyə çıxdığı 21 yaşlı Səmraya qolbaq hədiyyə edib. 
Görüşün yekununda Lazarev və Səmra yerli İsveç itləri olan nadir Labrodudlla fotosesiya da etdirib. Azərbaycan təmsilçisi görüşün sonunda Lazarevə azarkeşlik edəcəyini söz verib. Öpüşüb, qucaqlaşaraq ayrılan cütlük yarışdan sonra da görüşmək barədə razılığa gəlib.
Səmra
Səmra Rəhimli və Sergey Lazarev
"Eurovision-2016" mahnı müsabiqəsi həftəsi bu gün başlayır. Müsabiqə həftəsi bu gün İsveç Kral sarayının qarşısında "Eurovision-2016" mahnı müsabiqəsində iştirak edən ölkələrin bayraqlarının qaldırılması ilə başlayacaq. Bayraqlar əlifba sırası ilə səhnədə dalğanacaq.
Bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Birinci yarımfinal mayın 10-da, ikincisi idə mayın 12-də, final isə mayın 14-də keçiriləcək. Bu il müsabiqədə 42 ölkənin nümayəndələri iştirak edəcək. Portuqaliya yarışa iştirakçı göndərməkdən imtina edib.
2015-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Buna görə də müsabiqəni keçirmək hüququnu İsveç qazanıb.
Qaynarinfo.az