Xəbər lenti

"Eurovision-2016"nın keçiriləcəyi tarixlər açıqlandı
Maqazin10:08 13.03.2016

"Eurovision-2016"nın keçiriləcəyi tarixlər açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2016-cı il "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi tarix açıqlanıb. Anspress-in İsveç mətbuatına istinadən verdiyi məlumata görə, əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. 
Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.
"Eurovision-2016" İsveçin paytaxtı Stokholmda "Globen Arena"da olacaq.
Globen Arena
Müsabiqənin bu ilki şüarı "Come Together", yəni "Bir araya gəlin". Bu il mahnı müsabiqəsində 43 ölkənin təmsilçiləri yarışacaq. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıb. Portuqaliya isə müsabiqədə iştirak eməkdən imtina edib. Ötən ilin debütant ölkəsi olan Avstraliya bu il də müsabiqədə qonaq qismində çıxış edəcək.
2015-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlöv "Heroes" mahnısı ilə qalib gəlmişdi və İsveç növbəti "Eurovision" müsabiqəsinə ev sahibliyi etmək şansı qazanmışdı.
Azərbaycanı "Eurovision-2016" mahnı müsabiqəsində Səmra Rəhimli təmsil edəcək. O, mahnı müsabiqəsində "Miracle" mahnısını ifa edəcək.
Səmra Rəhimli - "Eurovision" təmsilçisi
Səmra Rəhimli - "Miracle"
Qaynar.info