Xəbər lenti

"Eurovision"ın püşkatması keçirildi - Azərbaycan neçəncidir?
Maqazin13:28 31.03.2017

"Eurovision"ın püşkatması keçirildi - Azərbaycan neçəncidir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin may ayında Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsinin yarımfinalı ilə bağlı püşkatma keçirilib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, yarışda Azərbaycanı "Skeletons" (Skeletlər) mahnısı ilə təmsil edəcək Diana Hacıyeva (DiHaj) ilk yarımfinalda 8-ci çıxış edəcək.

Ümumiyyətlə, mayın 9-da keçiriləcək ilk yarımfinalda bu ölkələrin nümayəndələri mahnılarını təqdim edəcək:

1. İsveç, 2. Gürcüstan, 3. Avstraliya, 4. Albaniya, 5. Belçika, 6. Monteneqro, 7. Finlandiya, 8. AZƏRBAYCAN, 9. Portuqaliya, 10. Yunanıstan, 11. Polşa, 12. Moldova, 13. İslandiya, 14. Çexiya, 15. Kipr, 16. Ermənistan, 17. Sloveniya, 18. Latviya.

Mayın 11-də baş tutacaq ikinci yarımfinalda isə iştirakçı ölkələr bu qaydada səhnəyə çıxacaq:

1. Serbiya, 2. Avstriya, 3. Rusiya, 4. Makedoniya, 5. Malta, 6. Rumıniya, 7. Hollandiya, 8. Macarıstan, 9. Danimarka, 10. İrlandiya, 11. San Marino, 12. Xorvatiya, 13. Norveç, 14. İsveçrə, 15. Belarus, 16. Bolqarıstan, 17. Litva, 18. Estoniya, 19. İsrail.

Müsabiqənin qaydalarına görə, qalib ölkə, eləcə də müsabiqənin yaradıcı üzvləri birbaşa finala vəsiqə qazanır.

Qaynar.Az