Xəbər lenti

"Gezi parkı"nda yeni həbslər
Dünya08:51 19.07.2013

"Gezi parkı"nda yeni həbslər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə “Gəzi Parkı” hadisələrinə dəstək olaraq aksiya keçirilib

Türkiyənin İstanbul şəhərində başlayan “Gəzi Parkı” etirazları səngimək bilmir. Adana şəhərində bir qrup fəal yenidən etirazlara dəstək vermək məqsədilə mərkəzi küçə və meydanlara axın ediblər. Şıx Cəmil küçəsində bir araya gələn 500 –dən çox fəal bir müddət əvvəl hökumətə qarşı keçirilən etirazlar zamanı öldürülən gəncin xatirəsini yürüş edərək yad etmək istəyiblər.

Lakin təhlükəsizlik qüvvələrinin yürüşə müdaxilə etməsi ilə, sonda tərəflər arasında qarşıdurmalara səbəb olub. Aksiya iştrakçıları polisə daş və kəsici alətlərlə hücum ediblər. Polis isə, təzyiqli su şırnaqları və gözyaşardıcı qazlarla fəalları dağıtmağa çalışıb.

Qarşıdurmalar zamanı zorakılıq törədən bir neçə nəfər həbs olunub.


Qaynar.info