
XALQ ARTİSTİNDƏN SƏRT SÖZLƏR
Gecce.az xəbər verir ki,xalq artisti İlhamə Quliyeva "Hər şey daxil" verilişində bəzi sənət dostlarına ismarıc yollayıb:
"Bəzi müğənnilər çıxıb efirə nə gəldi danışır. Mən və mənim kimi yaşadolmuş sənətkarlar üçün deyir ki, bir ayağı evdə, biri gordadı. O, müğənnilərin bu sənətdə yeri yoxdur. Heç kim deyə bilməz ki, gora ilk kim gedəcək. Biz, yoxsa o deyən insan. Unutmayın, qızıl qaldıqca onun qiyməti qalxır. O, daha da dəyərlənir. Bu cür müğənniləri efirə buraxmasınlar. Qadağa etsinlər. Sənətkar o dünyaya gedəndə də, izi qalacaq".
Qaynar.info