
Hindistanın Mumbra bölgəsində dünyaya gələn körpənin qarnında ekiz tayının olduğu məlum olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı ananın dünyaya gətirdiyi körpənin qarnında bir qol və beyin olduğu məlum olub. Dərhal əməliyyat edilən və artıq hissələr qarnından çıxarılan uşağın vəziyyəti yaxşıdır. "Rüşeym içində rüşeym" adlanan belə hala indiyə qədər dünyada 200 dəfə rast gəlinib.
Həkimlər bu halın yetkin insanlarda da müşahidə oluna biləcəyini və vəziyyətin illər sonra aşkarlana biləcəyini deyir.
Gülşən
Qaynarinfo.Az



