Xəbər lenti

"Həm hacısan, həm də..." - Müğənni bu FOTOya görə tənqid olundu
Maqazin16:44 24.12.2016

"Həm hacısan, həm də..." - Müğənni bu FOTOya görə tənqid olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gülben Ergen sosial şəbəkə hesabından paylaşdığı fotonun altına "Milad" tənqidi almaqdan xilas ola bilməyib.

Bundan iki il əvvəl Şirincədə etdikləri sadə bir toy mərasimiylə dünya evinə girən Erhan Çelik və Gülben Ergen, bal ayı tətilinin əvəzinə müqəddəs torpaqlara getmək qərarı almış və ər-arvad dini ayinləri yerinə yetirib hacı olmuşdular.

Buna görə Gülben Ergen geridə qalan həftələrdə bitirdiyi evliliyindən sonra sosial şəbəkə hesabından etdiyi bir paylaşım səbəbiylə bəzi təqibçiləri tərəfindən tənqid olunub. Xüsusilə Yeni ili qeyd etmələrini "Milad" bayramı hesab edənlər tərəfindən bir çox sənətçiyə edilən tənqidlərdən Gülben Ergen də "payını" alıb. Şaxta baba oyuncağının altında çəkdiyi bir fotosunu: "Dinc bir həftə sonu olsun", - qeydiylə paylaşan Gülbenin bu paylaşımının altına: "Həm hacısan, həm də Yeni ili qeyd edirsən", - şərhini yazıblar.(Milli)

Qaynarinfo.Az