Qaynar.info “Neftçi”nin baş məşqçisi
Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Partizan"la baş tutan oyundan (2:3) sonra futbolxeber.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- “Neftçi” “Partizan”la oyuna yaxşı başlasa da, yekunda meydandan məğlubiyyətlə ayrıldı. Görüş barədə nə deyə bilərsiniz?
-Olduqca maraqlı oyun oldu. 17-ci dəqiqədə artıq hesab 2:0 idi. Ammauşaqlarda bir az arxayınlaşma oldu. Düşündülər ki, hesab 2:0-dırsa,ardınca 3:0, 4:0 olacaq. Rəqib də elə bundan istifadə etdi. Bunabaxmayaraq, komandanın durumu yaxşıdır. Səfərdə 2 qol vurmaqxeyrimizədir. Evdə biz onları minimal hesabla udsaq, mərhələnikeçəcəyik. 1:0, 2:0, 2:1 - bütün bunlar bizə cavab oyununda sərf edənnəticələrdir. Artıq sabahdan (söhbət dünən olub) cavab oyunununhazırlıqlarına başlayacağıq.
- Müdafiədəki boşluqları Kardosanın yoxluğu ilə əlaqələndirmək olar?
-Təbii ki, Kardosanın olmaması boşluqlara yol açdı. Özünüz fikirləşin,oyun ərzində 4 qol vursaq da, uduzmuşuq. Denis 2 dəfə onların, 1 dəfə dəöz qapımıza yol tapdı. Bunlar mexaniki səhvlərdir.
-Futbolçuların arxayınlaşmasını qeyd etdiniz. Bilirəm ki, oyunungedişində futbolçulara təsir etmək elə də asan deyildi. Amma nəyisədəyişmək olmazdımı?
- Əgər, 1 oyunçu meydandaarxayın olsaydı, mən ona təsir edərdim. Lap 2 oyunçu da arxayınolsaydı, həll edərdim. Amma təəssüflər olsun ki, həmin vaxt bütünkomanda arxayınlaşmışdı. İkinci qoldan sonra yenə imkanlar vardı.Çoxları deyir ki, əvəzetmələrlə oyunun ssenarisini dəyişmək olar. Ammaəvəzetmənin də iki başı var. Edilən dəyişiklik komandanı sındıra dabilər, irəli də apara bilər. Həm də futbolçu beynində düşünür ki, rəqibə2 qol vurmuşamsa, niyə də arxayın olmayım? Bir tərəfdən də minimalhesabla uduzmağımız komandaya yaxşı dərs oldu.
- “Partizan” gözlədiyiniz kimi oynadı?
-“Partizan” yaxşı komandadır. 100 ilin komandasıdır. Onu da deyim ki,komandada qəzetlərdə yazılan kimi hansısa maliyyə problemi yoxdur.Hamısı boş şeydir. Bütün bunlar oyundan əvvəl bizi sakitləşdirmək üçünatılan addımlar idi. Bununla belə, Allah qismət eləsə, ayın 28-də onlarıburada layiqincə qarşılayacağıq. “Partizan”a “Neftçi”nin necə komandaolduğunu sübut edəcəyik.
- Əvvəl oynadığınız “Partizan” güclü idi, yoxsa indiki?
- Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdür.
- Hesabda geri düşdükdən sonra, Kanalesi meydana buraxdınız. Ondan istədiyinizi ala bildinizmi?
-Kanalesin zamana ehtiyacı var. Əslində, biz onu meydana start heyətindədə buraxa bilərdik. Lakin Nfor Gürcüstanda “Çixura”ya 3 qol vurdu. MənBelqradda onu meydana buraxmasaydım, Nfor sına bilərdi. Kanalesə birqədər vaxt lazımdır ki, komandaya tam uyğunlaşsın. Hər dəfə 20-25 dəqiqəşans verməklə, bu məsələni də yoluna qoyacağıq.
- Cavab oyununda “Neftçi”yə mütləq qol lazımdır. Buna görə start heyətində 2 hücumçuya şans verəcəyinizi gözləmək olar?
-Hələ həftəlik proqram üzərində işləyəcəyik. Cavab oyununa 5 gün var. Bumüddət ərzində kimin hansı durumda olduğu bilinəcək. Kim özünü yaxşıgöstərsə, ona da heyətdə şans verəcəyəm. Çalşacağıq meydana elə heyətburaxaq ki, səhvə yol vermiş olmayaq.
- Deyəsən, Stamenkoviçin oyunundan narazı qalmısınız...
- Bəli, Saşa əvvəlki oyunlara müqayisədə bu dəfə zəif oynadı. Çox zəif.
- AZAL-la oyunun təxirə salınmasını...
- (sözümü yarımçıq kəsir) O məsələyə sabah aydınlıq gələcək.
-Yox, artıq qərar verilib və oyun təxirə salınıb (müsahibə “Neftçi”Bakıya döndükdən dərhal sonra, hava limanında alındığı üçün həmin vaxtHacıyev AZAL-la oyunun təxirə salınmasından xəbərsiz idi).
- Qərar verilibsə, alqışlayıram. AZAL da sağ olsun ki, təklifi qəbul edib. Ayın 28-i bizi çox ağır oyun gözləyir.
- Çempionatdakı oyunların təxirə salınması heç də birmənalı qarşılanmır. Bu, həm “Neftçi”yə, həm də “Qarabağ”a aiddir.
-Bu gün biz "pley-off"dayıq. Avroliqanın qrupuna düşsək, bunu dədəmizüçün yox, Azərbaycan futbolu üçün etmiş olacağıq. Hər şey futbolumuzunucalmağı naminədir. Amma düzünü danışmaq lazımdır. Bizim futbolçularöyrəşiblər ki, həftədə 1 dəfə meydana çıxsınlar. İndi üç gündən bir, özüdə Avropanın canavarlarına qarşı oynamaq onlar üçün çətindir. MənPFL-in qərarını alqışlayıram. Orada işləyənlər öz işlərininsərrafıdırlar. Ramin Musayev nə etdiyini bilir. Həm “Neftçi”nin, həm də“Qarabağ”ın oyununun təxirə salınması Azərbaycan futbolu naminədir.
-Amma milli komandamızın baş məşqçisi Berti Foqts belə düşünmür. Almanməşqçi Superkubok oyununun təxirə salınmasından narazılığınıjurnalistlərlə görüşündə açıq şəkildə ifadə etdi...
-Foqts qardaşdır, ona böyük hörmətim var. Amma mənə elə gəlir ki, hərəöz milçəyini qovsa, daha yaxşı olar. Foqts Özbəkistanla 0:0 oynadı.Oyuna baxmamışam, ona görə də görüş haqda anlayışım yoxdur. Amma Foqtsnə “Neftçi”nin, nə də “Qarabağ”ın dərdini çəksin. Qoy, oturub milliyəgün ağlasın. Yenə deyirəm, hərə öz işiylə məşğul olsa, yaxşıdır.
Qaynar.info