Xəbər lenti

"Heyvanlar və uşaqlar küçələri zəbt etdilər”
Ölkə09:01 03.10.2013

"Heyvanlar və uşaqlar küçələri zəbt etdilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 
Bakıda məşhur tamaşa səhnəyə qoyulacaq

"British Council” təşkilatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakıda Böyük Britaniyanın "1927” teatr şirkətinin ifasında "Heyvanlar və uşaqlar küçələri zəbt etdilər” tamaşasını böyük məmnuniyyətlə təqdim edir.

"British Council” təşkilatının Azərbaycan nümayəndəliyindən bildiriblər ki, tamaşa oktyabrın 11-də saat 19:00-da, oktyabrın 12-də isə saat 14:00 və 19:00-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunacaq.

"Heyvanlar və uşaqlar küçələri zəbt etdilər” tamaşası dünyanın bir çox ölkələrində yüksək mükafatlara layiq görülüb. Milli London Teatrında 5 həftə ərzində keçirilmiş 40 nümayiş ərzində bir ədəd də olsun satılmamış bilet qalayıb. Tamaşa bütün böyük teatr festivallarında və Bermingemdən tutmuş Pekinə qədər bütün dünya teatrlarında nümayiş etdirilmişdir. İndi isə bu tamaşa Bakıya gəlir.

Aktyor ifası, animasiya, film və musiqili komediya qarışığından ibarət bu qeyri-adi tamaşa, teatrı heç vaxt təsəvvür etmədiyiniz tərzdə sizə yenidən tanıdacaq. Real faktlar vahiməli nağıllar, qara yumor, kabare mahnıları və abstrakt fəza ilə qarışır. Əla sinxronlaşdırılmış canlı musiqi, ifa və rəvayətin müşayiəti ilə real aktyorlar cizgi obrazlarla təmas yaradır. Kinematoqrafiya və animasiya elementlərinin təəccübləndirici sintezi ilə yaradılmış bu tamaşa Britaniyanın teatr incəsənətinin orijinallığına və cəsurluqla tətbiq edilən yeniliklərinə işarədi.

Tamaşa Azərbaycan və rus dillərinə sinxron tərcümə təmin olunmaqla ingilis dilində ifa olunur. Qiyməti 6-11 manat arasında biletlər Bakı şəhərinin kassalarında satılır. Bu tamaşa 12 yaşından başlayaraq tamaşaçıların müxtəlif yaş qrupları arasında maraq oyadacaq.

Tamaşa ilə bağlı oktyabrın 8-də "Park Bulvar” ticarət və əyləncə mərkəzinin "Planetarium” zalında mətbuat konfransı keçiriləcək. "British Council” – Böyük Britaniyanın mədəni əlaqələr və təhsil imkanları sahəsində dünyanın 109 ölkəsində fəaliyyət göstərən aparıcı beynəlxalq təşkilatıdı. "British Council” xalqlar arasında etimadı möhkəmləndirmək, habelə Böyük Britaniyanın ideya və nailiyyətlərinin xaricdə qiymətləndirilməsini təmin etmək məqsədi ilə bu dövlətin və digər ölkələrin vətəndaşları arasında əlaqələr və qarşılıqlı anlaşma yaradır.

AzərTAc