
Bakı şəhəri Səbail rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynar.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yangın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info