Xəbər lenti

"İnter"dən ayrılanlar "Neftçi"də - FOTO
İdman09:30 04.10.2016

"İnter"dən ayrılanlar "Neftçi"də - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" klubunda yeni təyinatlar baş verib.

Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, iyulda "İnter" klubundan öz istəkləri ilə ayrılan Aleksey Barvinski və Ağakişi Mehdizadə "Neftçi"də peyda olublar. Hər 2 şəxsə "Neftçi"dən təklif gəlib və onlar bu klubda işləməyə başlayıblar. 

Azərbaycan futbolunda daha çox "Bobo" kimi tanınan Ağakişi Mehdizadə yenə "İnter"dəki işini davam etdirəcək. Belə ki, o, baş məşqçi Elxan Abdullayevə analitik videoların hazırlanmasında kömək edəcək. Aleksey Barvinski isə "Neftçi"də daha çox strukturla, təşkilatçılıqla bağlı məsələlərlə məşğul olacaq.

Qeyd edək ki, hər 2 şəxsin təyinatının yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

Qaynarinfo.Az