
İnternetdə yenİ telefon haqda hər gün yeni dizaynlar görüntüləndiyi bir vaxtda, asiyalı analitiklər "iPhone 6"nın yeni dizaynının yavaş-yavaş yaradıldığını bildiriblər.
Qaynar.info xəbər verir ki, bir müddət əvvəl 4.7 və 5.7 düymlük iki ekran seçimi ilə alıcılara təqdim olunacağı iddia edilən "iPhone 6" haqqında son iddia çiNli analitik Sun Şanqxuya aiddir.
Şanqxu 4.7 düymlük modelin 1136x640 pikselə sahib olacağını deyib.
Tayvanlı analitiklər isə 4.7 düymlük modelin 1280x720 pikselə sahib olacağını bildiriblər. "DisplaySearch" araşdırma şirkəti isə 5.7 düymlük modelin 1920x1080 piksellə təklif olunacağını iddia edib.
Ən maraqlı iddia isə " Wall Street Journal"dan gəlib. Qəzet "Apple"ın 6 düymlük phablet prototipi üzərində işlədiyini bəyan edib. Bütün bu iddiaların nə qədər həqiqi olacağını isə ən tezi yayda görəcəyik.
Qaynar.info









