"iPhone 6"ın satışa çıxmasından sonra Çində maraqlı və gülməli iki hadisə baş verib. Qaynar.info xəbər verir ki, bu olaylardan biri Liuzhou şəhərində yaşanıb.
Belə ki, rəfiqələri bir xanıma küçədə çılpaq gəzəcəyi halda "iPhone 6" hədiyyə edəcəklərini bildiriblər. Bununla razılaşan həmin xanım küçədə lüq qaçıb və şəkilləri sosial mediada paylaşılıb.
İkinci hadisə isə Şanxayda baş verib. Bir tələbə "iPhone 6" almaq üçün pul toplamaq qərarına gəlib. Amma o, pulu maraqlı bir üsulla qazanmaq niyyətinə düşüb. Tələbə sevgilisini kirayə vermək istəyir.
Oğlan bunun üçün hətta qiymət siyahısı da hazırlayıb:
Saatı 10 yuan (təxminən 1,84 manat)
Günü 50 yuan (təxminən 9,2 manat)
Aylıq paket 500 yuan (təxminən 92 manat)
Çinli gənc bununla yanaşı şərtlərini də açıqlayıb: "Bərabər yeməyə gedə, dərs çalışa, oyun oynaya bilərlər. Hesablar alman üsulu ilə ödənilər. Cinsi əlaqə yoxdu".
Qaynar.info





