Xəbər lenti

"iPhone 7" satışa çıxarıldı, ajiotaj yarandı
Ekonomiks10:17 23.09.2016

"iPhone 7" satışa çıxarıldı, ajiotaj yarandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada ABŞ-ın "Apple" korporasiyasının istehsal etdiyi yeni "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının satışına start verilib.

"iPhone"un yeni modelinin satışa çıxarılması Moskvada ajiotaj yaradıb. Qızıl Meydandakı QUM ticarət mərkəzində yüzlərlə insan "iPhone 7" almaq üçün gecə saatlarından növbəyə dayanıb.

Hazırda QUM-da böyük izdiham var. Yüzlərlə insan yeni "iPhone" modelinə sahib olmaq üçün növbədə gözləyir. Səhər saat 10:00-dan etibarən QUM qapılarını növbəyə duranlara açıb.

Moskvada "iPhone 7"nin qiyməti 56,99 min rubldan (892 ABŞ dolları), "iPhone 7 Plus"-un qiyməti isə 67,99 rubldan (1064 ABŞ dolları) başlayır. (APA)

Qaynarinfo.Az