Xəbər lenti

"İslam Həmrəyliyi İli" Azərbaycana nə verəcək? - Açıqlamalar
Siyasət13:17 11.01.2017

"İslam Həmrəyliyi İli" Azərbaycana nə verəcək? - Açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycan siyasi baxımdan hansı üstünlükləri qazanacaq?

Ötən gün ölkə başçısı İlham Əliyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında sərəncam verib. Sərəncamda bildirilir ki, İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Bu ilin  "İslam Həmrəyliyi İli" kimi elan edilməsi Azərbaycan üçün hansı müsbət nəticələri olacaq? Azərbaycan bu vasitə ilə islam ölkələri arasında hansısa birləşdirici rol oynaya bilərmi?

Deputat Fazil Mustafa Qaynarinfo.Az-a sualları cavablandırarkən bildirdi ki, bu ilin "İslam Həmrəyliyi İli" kimi elan edilməsi müsbət bir addımdır. Model dövlət kimi tanınmağımız təkcə İslam ölkələri üçün deyil, Avropa üçün vacibdir:

"Azərbaycan İslam dünyasında model dövlət olaraq tanınmaqdadır və bu da Azərbaycandakı multikulturalizm ənənələrlə bağlı bir məsələdir. Model dövlət kimi tanınmağımız təkcə İslam ölkələri üçün deyil, Avropa üçün vacibdir. Bu ilin ölkə başçısı tərəfindən "İslam Həmrəyliyi İli" kimi elan edilməsi müsbət bir addımdır. Düşünürəm ki, Azərbaycan özündə birləşdirdiyi dəyərlər hesabına İslam dünyasına inteqrasiya edəcək və bu model İslam ölkələrinə faydalı olacaq".

Qaynarinfo.Az-a münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirdi ki, İslam dünyasında olmayan bir həmrəylik Azərbaycan siyasətinə necə müsbət təsir edə bilər:

"Bütövlükdəgötürdükdə İslam ölkələri arasında həmrəylik yoxdur. Nə İslam Ölkələrikonfransının, nə iqtisadiyyatının, neft və qazı çıxsaq görərik ki, dünyaya heçbir təsiri yoxdur. İslam ölkələri siyasi cəhətdən bir olmadıqları üçün heç nəyəümid yoxdur. Bunların bir məqsədi var ki, büdcədəki pulları silsinlər,pozsunlar, bölsünlər. İslam həmrəyliyi olmayan bir həmrəylikdir. İslam ölkələrinəbaxsaq, bir-birilə müharibə aparır, təxribat törədir, münaqişə aparır. İslam dünyasında olmayanbir həmrəylik Azərbaycan siyasətinə necə müsbət təsir edə bilər?"

Qaynarinfo.Az