
İsrail dövlətinin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər edib.
Benyamin Netanyahu ilə Azərbaycan prezidenti İlham Əliyev görüş zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra isə iki ölkə arasında Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi keçirilib. Sənədlərin imzalanması mərasimindən sonra isə İlham Əliyev və Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər.
Gənclərin Atlantik Müqaviləsi Assosasiyasının rəhbəri Zaur Əkbər Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, iki ölkə arasında olan isti münasibətlər heç kimi qıcıqlandırmamalıdır:

"Təhsil, səhiyyə və hərbi sənaye kompleksində dünyada yaşıl inqilab etmiş üç ölkədən biri olan İsrail hər zaman ən yüksək tribunalardan Azərbaycanın dövlət maraqlarını tək sözdə deyil, həm də əməldə müdafiə edib, dəstək olub. Bu gün Azərbaycan özünün müdafiə və təhlükəsizlik sahələrində hansısa bir uğur əldə edibsə, burada İsrailin danılmaz rolu var.
Hesab edirəm ki, İsrail Azərbaycanın ən yaxın iki strateji müttəfiqindən biridir və bu, bizim dövlət maraqlarımıza tam uyğundur. Ona görə də, bu iki ölkə arasında olan isti münasibətlər heç kimi qıcıqlandırmamalıdır".
Famil Zərgərov
Qaynarinfo.Az