Xəbər lenti

"Kral Kuboku" "Kral Klubu"na qismət oldu
İdman04:40 17.04.2014

"Kral Kuboku" "Kral Klubu"na qismət oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya "Kral Kuboku"nun qalibi müəyyənləşib. Qaynar.info xəbər verir ki, final matçında "Real" və "Barselona" qarşılaşıb.

Əzəli rəqibləri üz-üzə gətirəcək matç Valensiyadakı "Mestalla" stadionunda baş tutub. Hesabı 11-ci dəqiqədə "Real"dan Angel di Maria açıb. 68-ci dəqiqədə Mark Bartra bərabərliyi təmin edib. 85-ci dəqiqədə "Barselona"nın qapısına yol tapan Qaret Beyl "Kral Kuboku"nu "Kral Klubu"na qazandırıb.

Qeyd edək ki, 114-cü dəfə öz sahibini tapacaq "Kral Kuboku"nu ən çox qazanan komanda "Barselona"dı. Kataloniya klubu indiyədək 26 dəfə kuboka sahib çıxıb. Onları 23 kubokla "Atletik" izləyir. "Real"ın muzeyində isə 18 "Kral Kuboku" var. "Real" və "Barselona" indiyədək 6 dəfə bu turnirin finalında qarşılaşıb və həyər 3 dəfə qalib tərəf olublar.

Onu qeyd edək ki, "Real" "Barselona"dan fərqli olaraq Çempionlar Liqasında da mübarizəni davam etdirir. Eyni zamanda hər iki klub "Atletiko" ilə birlikdə çempionluq uğrunda yarışır.

İspaniya
Kral Kuboku
Final

00.30 Real - Barselona 2:1
Qollar: Angel di Maria, 11. Qaret Beyl, 85 - Mark Bartra, 68.

Qaynar.info