Xəbər lenti

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi
Sənət15:16 13.08.2017

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin tanınmış aktyorlarından biri vəfat edib. "Qaynarinfo" xəbər verir ki, 77 yaşlı Kuzey Varqın bu gün səhər saatlarında dünyasını dəyişib.

Aktyor yüksək təzyiq səbəbindən Marmaris Xəstəxanasına ykrlişdirilmişdi. Təxminən 1,5 aydır komanda olan sənətçi bu səhər saatlarında vəfat edib. 

Qeyd edək ki, Kuzey Varqın 1940-cı ildə İstanbulda dünyaya gəlib. O, 130-dan artıq film və serialda rol alıb. Azərbaycanda isə daha çox "Kurtlar Vadisi Pusu" serialında oynadığı İxtiyarlar Heyətinin başqanı Adil Əşrəfoğlu rolu ilə məşhurlaşıb. O, serialın 162-191-ci serialarda rol alıb. Kuzey Varqın həmçinin "Ezel" serialında da çəkilib.

Aydın

Qaynarinfo.Az