Xəbər lenti

"Lamiyənin bəkarətini mən pozmamışam"
Ölkə20:10 17.02.2015

"Lamiyənin bəkarətini mən pozmamışam"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məhkum Lamiyə Quliyevanın bəkarətini pozmaqda ittiham edilərək həbs olunan qohumu danışıb. Lamiyənin xalası oğlu Fariz Yusibov axar.az-a deyib ki, ona qarşı yalan və əsassız ittiham irəli sürülüb. 
F.Yusibovun sözlərinə görə, Lamiyə məhkəmədəki çıxışında da xalası oğlu ilə bacı-qardaş münasibəti olduğunu qeyd edib. 
1974-cü ildə Şəmkirdə anadan olmuş Yusibov Fariz Telman oğlunun Azərbaycan Respublikası CM-nin 152, 221.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxılıb.
Təqsirləndirilən şəxs 2001-ci ilin iyun ayının əvvəllərində qohumu, 1987-ci ildə anadan olmuş Quliyeva Lamiyə Sahib qızının 16 yaşına çatmadığını aşkar surətdə bildiyi halda onunla zor tətbiq etmədən sonuncunun razılığı olmadan əlaqədə olmaqda ittiham edilib.
Şahid Tahirova Nailə Comərd qızı elan olunmuş ifadəsində göstərib ki, Lamiyə xalası oğlu Yusibov Fariz tərəfindən sevildiyini, ona ərə gedəcəyini və Fariz tərəfindən bakirəliyinin pozulduğunu bir rəfiqə kimi ona danışıb.
Qeyd edək ki, L.Quliyeva Şəmkirin keçmiş başçısı Aslan Aslanovun oğlu Ruslanı onun namusuna toxunduğu üçün öldürdüyünü deyib. 
Qaynar.info