
Sabah Bulvar otelinin Tağıyev-2 zalında mətbuat konfransları keçiriləcək.
Qaynarinfo.az xəbər verir ki, U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin B qrupunda çıxış edən komandaların (Ukrayna, Almaniya, Avstriya, Bosniya və Herseqovina) baş məşqçiləri saat 11:00-da mətbuat konfransı keçirəcəklər.
A qrupunda mübarizə aparacaq yığmaların (Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya) baş məşqçilərinin - Təbriz Həsənov, Eliu Souza, Tierri Sike və Skot Qemmilin iştirakı ilə keçiriləcək mətbuat konfransı isə saat 11:30-da baş tutacaq.
Qeyd edək ki, Skot Qemmill dünən İngiltərə çempionluğu rəsmiləşmiş "Lester Siti"nin sabiq yarımmüdafiəçisi olub. Tam adı Şotlandiyanın adı - Skotland olan Qemmill 2004-2006-cı illərdə "tülkülər"in şərəfini qoruyub.
Qaynarinfo.az