Xəbər lenti

"Liverpul" satışa çıxarılır
İdman07:19 27.07.2013

"Liverpul" satışa çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin "Liverpul" klubu 3 il ərzində ikinci dəfə satışa çıxarıla bilər.

Qaynar.info-nun məlumatına görə, klubun hazırki rəhbəri "Fenway Sports Group" şirkətinin prezidenti Con Henri 2010-cu ildə "Liverpul"u 300 milyon funta almışdı.

3 il ərzində Henri transferlərə 187 milyon funt xərcləyib. Lakin bunun müqabilində klub İngiltərə çempionatında liderlər qrupuna yaxınlaşa və Çempionlar Liqasına düşə bilməyib.

İngiltərə mətbuatı klubun 350 milyon funta Səudiyyə Ərəbistanının Saudi Aramco neft şirkətinə satıla biləcəyini yazıb.

Məsələ ilə bağlı klub rəhbərliyi hələ rəsmi açıqlama verməyib.

Qaynar.info