Xəbər lenti

"Lukaşenko anlayır ki, Rusiyaya güvənmək çox risklidir" - Azər Qasımlı
Siyasət09:27 24.08.2015

"Lukaşenko anlayır ki, Rusiyaya güvənmək çox risklidir" - Azər Qasımlı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belarus prezidenti Aleksandr Lukaşenko Avqustun 22-də gözlənilmədən əfv sərəncamı imzalayıb. 

Bu sərəncama əsasən beynəlxaq insan haqqları təşkilatları tərəfindən siyasi məhbus hesab edilən 6 nəfər azad edilib. Əfv olunanlar sırasında prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç və daha beş müxalifət nümayəndəsi var.

Lukaşenkonun bu addımı atması hətta ölkənin demokratik qüvvələri tərəfindən gözlənilməz bir addım hesab edilib. 

Qaynar.info Lukaşenkonun atdığı bu addımı və Belarusiyanın gələcək siyasi həyatı ilə bağlı REAL İdarə Heyyətinin üzvü, politoloq Azər Qasımlının fikirlərini öyrənib.

Azər Qasımlının sözlərinə görə, Lukaşenkonun bu hərəkəti o deməkdir ki, yaxın perspektivdə Belarusun xarici siyasəti dəyişəcək və Qərblə dialoqa başlayacaq:"Neçə illərdir belə bir dialoq yox idi, çünki ölkədə siyasi məhbuslar vardı və son prezident seçkilərinin nəticələri tanınmırdı. İndi isə siyasi məhbus mövzusu gündəmdən çıxır və dialoq üçün zəmin yaranır. Hesab edirəm Qərb bundan yararlanacaq.

Rusiyanın iqtisadi və siyasi vəziyyəti olduqca ağırdı. Rezervlər əriməkdə, rubl devalvasiya olunur, iqtisadi artım azalıb və gələn il 0 üzərində artım proqnizlaşdırılır. Sanksiyalar davam edir və hətta yeni sanksiyalar da mümkündür irəlidə.

Lukaşenko da anlayır ki, Rusiyaya güvənmək və bel bağlamaq çox risklidir. Ona görə də Qərblə münasibətlərini yaxşılaşdırmaq istəyir. Birinci addım kimi də siyasi məhbus problemini aradan qaldırır.

Əsas məsələ indi Qərb-Belarus dialoqunun başlamasıdır. Dialoq çərçivəsində digər problemli məsələlər də həllini tapa bilər. Media, siyasi azadlıqlar və bu kimi məsələlər həllini tapa bilər ki, irəlidə Belarus tamamən Avropa Birliyinə inteqrasiya yolunu tutar, Assosiativ sazişi imzalayar."

"Lukaşenkonun Qərbə yaxınlaşmasına Rüsiya tərəfindən hansısa maneə yarada bilərmi?" sualına isə Azər Qasımlı belə cavab verib: "Əlbəttə yarada bilər. Əsasən də bir neçə rıçaq var ondan istifadə ediləcək. 1. Belarus mallarına sanksiya elan edə bilər. 2. Rusida çalışan belarus vətəndaşları üçün Rusiyada qalma-çalışma rejimini dəyişə, yəni ağırlaşdıra bilər. 3. Belarusa satdığı qazın qiymətini artıra bilər. "

"Lukaşenkonun bu addımından sonra Azərbaycan hakimiyyətinin də beynəlxaq təşkilatlar tərəfindən tanınan siyasi məhbusları azad etməsi gözlənilirmi?" sualına isə politoloq belə dəyərləndirib: "Mümkündür. Amma bu məsələ bilavasitə birinci şəxsin siyasi iradəsinə bağlıdır. Belə iradə olsa, məsələ həllini tapar və həm ölkə üçün həm də siyasi rəhbərlik üçün daha yaxşı olar. Amma bu olmasa həm ölkə həm də siyasi elita fəlakətə doğru gedəcək. 

İlk olaraq ölkənin iqtisadi vəziyyətinə baxaq. Neft azalır, qiyməti düşür, büdcə kəsiri yaranır, rezervlər bitir. Bu da sisial problemlər deməkdir, işsizlik deməkdir, əmək haqlarının vaxtı vaxtında verilməməsi deməkdir, inflyasiya deməkdir. 

İkinci isə xarici siyasət məsələsi. Rusiyanın vəziyyətini dedim daha əvvəl. Qərblə də münasibətimiz yaxşı deyil. Qərbin təzyiqləri artacaq. Qarabağ problemi həllindən çox uzaqlaşacaq və bununla da torpaqlarımızı birdəfəlik itirə bilərik - de jure"

Elkin Xəlilov

Qaynar.info