
"Barselona" klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasının oyunundan sonra İngiltərənin "Mançester Siti" klubunun adı bilinməyən oyunçusu tərəfindən təhqir edilib.
Qaynarinfo.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu hadisə Messi "Etihad" stadionunun tuneli ilə gedərkən baş verib. Onu arxadan kimsə "axmaq" adlandırıb. Hətta deyilənə görə, Messi həmin oyunçunu tapmaq üçün "Mançester Siti"nin soyunub-geyinmə otağına da baş çəkib. İnsident Messinin həmyerlisi Serxio Aqueronun müdaxiləsindən sonra dayanıb.
Xatırladaq ki, oyunda "Barselona" hesabda 1:0 öndə olmasına baxmayaraq 1:3 məğlub olub.
Qaynarinfo.Az