Xəbər lenti

"Mançester Yunayted"in futbolçusu "Qalatasaray"ın hədəfində
Ölkə17:58 30.01.2014

"Mançester Yunayted"in futbolçusu "Qalatasaray"ın hədəfində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Yunayted"in futbolçusu Nemanya Vidiç mövsümün sonunda komandadan ayrılacaq.

Qol.Az-ın məlumatına görə, Mançester təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq serbiyalı futbolçu ilə yeni sözləşmə imzalamayacağını açıqlayıb.

Bu isə Avropanın aparıcı klublarını hərəkətə keçirib. Həmin komandalar sırasında Türkiyənin "Qalatasaray" klubu da var. "Cim Bom" rəhbərliyi tələb olunan təzminat ödəməklə Vidiçi transfer etməyi planlaşdırır. Lakin futbolçunun ilinə 3,4 milyon avro maaş tələb etməsi "Qalatasaray"ın işini çətinə salıb.

Qeyd edək ki, Serbiya millisinin üzvü ilə "İnter", "Barselona", Fiorentina" və "Roma" klubları da yaxından maraqlanırlar.

Qaynar.info