Xəbər lenti

"Müalicəyə imkanım yoxdur" - Hepatit C-dən əziyyət çəkən şair
Ölkə11:54 11.02.2016

"Müalicəyə imkanım yoxdur" - Hepatit C-dən əziyyət çəkən şair

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
8 ildir Hepatit C xəstəliyindən əziyyət çəkən tanınmış şair-yazıçı Kənan Hacının müalicə olunmağa ehtiyacı var.
Bu barədə aznews.az-a K.Hacı özü məlumat verib. Bildirib ki, o, Türkiyədə 12 həftə müalicə almalıdır: “Həkimlər deyir ki, Türkiyədə 12 həftə müalicə olunmalısan. Mənim də buna imkanım yoxdur. Görünür xəstəlik bir az da irəliləyib. Pul olmadığından mən də hər şeyi Allahın ümidinə buraxmışam. Nə olar, olar...”
K.Hacı heç kəsdən yardım istəmədiyini bildirib: “Vəziyyət ağırdır, gərək biz də bununla barışaq”. 
Qeyd edək ki, K.Hacı Hepatit C virusuyla əlaqədar dəfələrlə müalicə olunub. 
Qaynar.info