
“Neftçi” PFK Aleksandr Deriberin ilə müqavilə bağlayıb.
Qaynarinfo.Az xəbər verir ki, 49 yaşlı Rusiya və Ukrayna vətəndaşlığı olan mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək.

Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Adıgey Muxtar Respublikasının paytaxtı Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində Maykop “Drujba”sı (1985-1989, 1992-1993), Anapa “Spartak”ı (1990), Beloreçensk “Ximik”i (1991) və “Etalon” (1991) klublarının şərəfini qoruyub. O, 2009-cu ildə həvəskar komanda olan Qayvoron "Zarya"sında da çıxış edib. Ukraynanın “Nafkom” (2005-2007), Kirovoqrad “Zvezda”sı (2010-2011) və “Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib. Köməkçi məşqçi kimi isə Rusiyanın "Mostranqaz" (2002-2003), ölkəsinin “Niva” (2004-2005) klublarında və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib. O, 2012-ci ildə "Desna"da direktor vəzifəsində də çalışıb.
Onun sonuncu iş yeri Maykop "Drujba"sında baş məşqçilik olub. "Neftçi"nin indiki baş məşqçisi Elxan Abdullayevlə 2008-ci ildə məşqçilik kurslarındakı tanışlıq onun iş yerini Rusiyadan Azərbaycana dəyişməsinə gətirib çıxarıb.
Qeyd edək ki, onunla müqavilə indi rəsmiləşsə də, Aleksandr Deriberin hələ 2 tur əvvəl stadiondan "Neftçi"nin "Sumqayıt"a 1:2 uduzduğu oyunu izləyib.
Qaynarinfo.Az