
“Neftçi” PFK xorvatiyalı futbolçu Dario Melnyak ilə icarə müqaviləsinə xitam verib.
Qaynarinfo.Az xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Müdafiəçi müqavilə ilə məxsus olduğu Belçikanın “Lokeren” klubuna qayıdıb.
Qeyd edək ki, yayda komandaya qoşulan sol cinah futbolçusu "Qəbələ" ilə oyundan sonra zəif çıxışına görə əvəzedici komandaya göndərilən 5 legionerdən biri idi.
Qaynarinfo.Az