Xəbər lenti

"Neftçi" "Kəpəz"ə uduzub 7-ci pilləyə düşdü
İdman14:12 09.04.2017

"Neftçi" "Kəpəz"ə uduzub 7-ci pilləyə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib. "Qaynar" xəbər verir ki, açılış oyununda "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gəlib.
Gəncə şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0. Hər iki qolu 1-cü və 41-ci dəqiqələrdə təyin olunmuş penaltilərdən sonra Tural Axundov vurub.
Bununla da xallarını 27-yə çatdıran "Kəpəz" "Neftçi"ni 1 xal və 1 pillə keçərək, 6-cı mövqeyə yüksəlib. Gəncə təmsilçisi Avropa Liqasına vəsiqə verən 4-cü yerdən 4, flaqmanı isə 5 xal ayırır.
Qaynar.Az