Xəbər lenti

"Neftçi"də biabırçılıq: texniki məğlubiyyət veriləcək
İdman15:54 23.04.2017

"Neftçi"də biabırçılıq: texniki məğlubiyyət veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının XXVII turunda “Neftçi” “Zirə” ilə qarşılaşıb. "Qaynar" xəbər verir ki, "ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev oyunun gedişində əvəzetmə edərkən səhvə yol verib.
Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan paytaxt klubu Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb. Bu isə reqlamentin pozulması deməkdi. Reqlamentə əsasən, əcnəbi oyunçu limitinin pozan komanda texniki məğlubiyyətlə cəzalandırılır. 
Oyundan sonra açıqlama verən Elxan Abdullayev bunu texniki səhv adlandırıb: "Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi? Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz".
Qeyd edək ki, oyun 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.Az