Xəbər lenti

"Neftçi"nin Avropa macərası qısa sürdü
Ölkə20:37 09.07.2015

"Neftçi"nin Avropa macərası qısa sürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Qaynar.info хəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Neftçi" səfərdə meydana çıxıb.
Bakı təmsilçisi Çernoqoriyanın "Mladost" klubunun qonağı olub. Komandalar arasında Bakıda baş tutan oyun 2:2 hesabı ilə başa çatdığndan "Neftçi" mərhələ keçmək üçün səfərdə ya qələbə qazanmalı, ya da 2:2-dən daha böyük hesablı heç-heçəyə razılaşmalı idi. Lakin mövsüm öncəsi maliyyə problemləri üzündən heyətində islahatlar aparan "ağ-qaralar" zəif rəqiblə qarşılaşmada bunu bacarmayıb. Hesabı 71-ci dəqiqədə Kauenin ötürməsindən sonra kapitan Araz Abdullayev açıb. 90+1-ci dəqiqədə isə İvan Vukoviç bərabərliyi təmin edib. Bununla "Neftçi" Avropa Liqasındakı çıхışını erkən başa vurub.
Qaynar.info