
“Neftçi”nin məşqçilər korpusu - Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini klub prezidenti Sadıq Sadıqova təqdim ediblər.
Qaynar.info klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəhbərlik tərəfindən hər üç məşqçinin istefa ərizələri qəbul edilib.
Qeyd edək ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov "Xəzər Lənkəran"la superkubok oyunundan sonra (1:2) məşqçilər korpusunu istefaya göndərəcəyini açıqlamışdı.
Qaynar.info